Fransanın  Ermənistana hərbi yardım edəcəyi sual altındadır

17:07 13.01.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Paris Fransanın tabe olduğu beynəlxalq hüquqa uyğun olaraq Azərbaycan ərazisindəki "Artsax" adlanan qurumun “müstəqilliyi”ni tanımır.

Hafta.az xəbər verir ki, News.am-ın yaydığı məlumata görə, bunu  İrəvanda səfərdə olan Fransa Milli Assambleyasının sədri Yael Braun-Pive Ermənistan parlamentinin spikeri Alen Simonyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Bununla belə, Fransa Senatı və Parlamenti Azərbaycanın təcavüzünü(guya-S.L.) və Laçın dəhlizinin blokadasını(Rusiya "sülhməramlı"ları tərəfindən-S.L.) pisləyən qətnamələr qəbul edib", - deyə Yael Braun-Pive xatırladıb.

Fəqət,  Fransa parlamentinin spikeri  "Fransa Ermənistana hərbi yardım göstərəcəkmi? sualını "Bu suala cavab verə bilmərəm" cümləsi ilə cavablandırıb.

Siyasət rubrikasından digər xəbərlər